- Qanundan kənarda
- 16:16
- 1 085
Bakıda tanınmış şəxslərə qarşı terror planlaşdırılan şəxsin məhkəməsi başlayır

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində tanınmış QHT sədri və hərbi-siyasi ekspert Telman Qasımov, teleaparıcı Kamran Həsənli və siyasi şərhçi Elçin Alıoğluna qarşı terror aktı planlaşdırılması iddiası üzrə məhkəmə iclası işə başlayır.
Demokrat.az xəbər verir ki, hakim Səbinə Məmmədzadənin sədrliyi ilə məhkəməyə hazırlıq iclası keçiriləcək.
Məhkəmə iclasında tərəflər — prokurorluq, müdafiə tərəfi və zərərçəkmişlər iştirak edirlər.
İttihama görə, Səricanov Əbülfəz Azər oğlu tərəfindən zərər çəkmiş şəxslər - Qasımov Telman Alyoşa oğluna, Ağacanov Elçin Əli oğluna və Həsənli Kamran Həsən oğluna qarşı cinayət planlanıb və törətmək niyyətində olub.
Səricanov Əbülfəz Azər oğlu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 28-ci (cinayətin hazırlanması və təşkili) və 277-ci (dövlət və ictimai xadimin həyatına qarşı sui-qəsd və terrorçuluq) maddələri ilə təqsirləndirilir.
İttiham aktında qeyd olunur ki, Əbülfəz Səricanov Telman Qasımlı, Kamran Həsənli və Elçin Alıoğlunun həyatına qarşı ciddi təhdid təşkil edən planlar hazırlayıb.
Zərərçəkmiş şəxs kimi adı çəkilən Telman Qasımov, Kamran Həsənli və Elçin Alıoğlu məhkəməyə cəlb edilib və prosesdə ifadə verəcəkləri gözlənilir.
AzNews.az