- Qanundan kənarda
- 10:49
- 871
Qanunsuz saxlanılan silahlar aşkarlanıb
Martın 31-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 11 avtomat silahı, 17 tüfəng, 3 patron darağı və 110 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.
Aznews.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən bildirilib.
DİN-in əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.