Tramp NATO-nu tənqid etdi: “Təzyiq olmadan heç nə başa düşmürlər”

ABŞ prezidenti Donald Tramp bildirib ki, müttəfiqlərin, o cümlədən NATO-nun bir çox üzvü yalnız təzyiq altında vəziyyəti anlayır. O, Truth Social platformasında yazıb ki, “NATO daxil olmaqla heç kim təzyiq olmadan heç nə başa düşmür”.

Tramp bu açıqlamanı NATO-nun baş katibi Mark Rutte ilə Ağ Evdə keçirdiyi görüşdən sonra səsləndirib.

Hörmüz boğazı üçün hərbi missiya müzakirədədir

Almaniyanın “Handelsblatt” nəşrinin yaydığı məlumata görə, NATO Hürmüz boğazında gəmiçilik azadlığını təmin etmək üçün dəniz missiyası göndərmə ehtimalını nəzərdən keçirir.

Mənbələrin bildirdiyinə görə, bu missiya ilkin mərhələdə “istəkli ölkələr koalisiyası” formatında başlaya bilər. Daha sonra isə iyul ayında Türkiyənin paytaxtı Ankarada keçiriləcək NATO sammitində komandanlıq strukturunun alyansa təhvil verilməsi planlaşdırılır.

Bu təşəbbüs regionda artan gərginlik fonunda strateji su yollarının təhlükəsizliyini təmin etməyə yönəlib.

Mövsüm

AzNews.az