Azərbaycanda qızıl ucuzlaşdı

Gümüşün qiymətində isə bahalaşma müşahidə olunub.

Azərbaycanda qızıl ucuzlaşıb, gümüş isə bahalaşıb.

Yanvarın 9-da qızılın qiyməti yanvarın 8-i ilə müqayisədə 1,581 manat azalaraq 1 unsiya üçün 2179,6805 manat təşkil edib.

Gümüş 0,1311 manat bahalaşaraq 1 unsiya üçün 26,5624 manata bərabər olub.

Platinin qiyməti 4,879 manat artaraq 1399,0575 manat, palladiumun qiyməti isə 60,1715 manat artaraq 2272,985 manat təşkil edib.

Qeyd edək ki, troy unsiyası 31,1034768 qrama bərabər ölçü vahididir. (trend)

AzNews.az