- Rusiya və İran
- 16:14
- 1 980
Ukrayna Avropa İttifaqına qoşularsa, Aİ sadəcə dağılacaq - Lavrov
Avropa İttifaqının təhlükəsizlik sahəsində gücləndirilməsi Rusiyaya qarşı yönəlib.
Aznews.az xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov türkiyəli həmkarı Hakan Fidanla danışıqlarının yekunlarına dair birgə mətbuat konfransında bildirib.
O qeyd edib ki, Ukraynanın Aİ-yə daxil olması birliyin hərbiləşdirmək istəyənlər tərəfindən istifadə olunacaq.
Eyni zamanda, Lavrov vurğulayıb ki, Ukrayna Avropa İttifaqına qoşularsa, Aİ sadəcə dağılacaq.
"Aİ-nin daxili problemləri baxımından Ukraynanın qoşulması pis fikir olmaya bilər. O zaman onlar sadəcə dağılacaqlar",- Rusiya XİN başçısı yekunlaşdırıb.