Jenner “öz sərvətini yaradan ən gənc milyarder” adını da qazanıb. Jenner “öz sərvətini yaradan ən gənc milyarder” adını da qazanıb.

Dünyanın ən gənc milyarderi Kylie Jenner oldu

Jenner “öz sərvətini yaradan ən gənc milyarder” adını da qazanıb.

"Kylie Cosmetics" adlı firmanın sahibi olan ABŞ-lı 21 yaşlı Kylie Jenner “dünyanın ən gənc milyarderi” adını qazanıb.

AzNews.az xəbər verir ki, "Forbes" jurnalı Jennerin sərvətinin 1 milyard dollara çatdığını elan edib.

Facebook-un yaradıcısı Mark Zuckerbergin adını əlindən alan Jenner “öz sərvətini yaradan ən gənc milyarder” adını da qazanıb.

“Heç bir gözləntim olmadı. Gələcəyi əvvəlcədən görmədim. Ancaq bu adı qazanmaq doğrudan da yaxşı hissdir". Bu sözləri “Forbes”ə açıqlamasında Jenner deyib.

Xatırladaq ki, modellik edən Jenner "Kylie Cosmetics" firmasını 2015-ci ildə yaradıb.

Pərvanə Ağazadə

AzNews.az