Bu barədə Dövlət Statistika Komitəsindən bildirilib Bu barədə Dövlət Statistika Komitəsindən bildirilib

Azərbaycanda mobil telefonların idxalı artıb

Bu barədə Dövlət Statistika Komitəsindən bildirilib

Bu ilin fevral ayında Azərbaycana 79 121 ədəd mobil və ya başqa simsiz rabitə şəbəkəsi üçün telefon aparatları idxal olunub.

Bu barədə Dövlət Statistika Komitəsindən bildirilib.

Komitədən verilən məlumata görə, yanvar ayı ilə müqayisədə idxalın artımı fevralda 11,8% təşkil edib. İdxal olunan məhsulların dəyəri 9 984,4 min ABŞ dolları təşkil edib ki, bu da yanvar ayının göstəricisi ilə müqayisədə 23% çoxdur.

Bu ilin yanvar-fevral aylarında isə ölkəyə 149 875 ədəd mobil qurğu idxal olunub. Ötən ilin eyni dövrü ilə müqayisədə idxalın artımı 44% təşkil edib. İdxal olunan məhsulların dəyəri 18 100,9 min dollar təşkil edib ki, bu da ötən ilin yanvar-fevral aylarının göstəricisini 86,6% üstələyir.

AzNews.az