Bu məbləğin 600,5 mln. dolları mart ayının payına düşüb Bu məbləğin 600,5 mln. dolları mart ayının payına düşüb

Neft Fondu I rübdə valyuta satışını artırıb

Bu məbləğin 600,5 mln. dolları mart ayının payına düşüb

Bu ilin yanvar-mart ayları ərzində Azərbaycan Dövlət Neft Fondu (ARNDF) 1 551,6 mln. ABŞ dolları məbləğində valyuta satışı həyata keçirib.

Bu barədə ARDNF məlumat yayıb.

Bu məbləğin 600,5 mln. dolları mart ayının payına düşüb.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 241,4 mln. dollar və yaxud 18% çoxdur.

Xatırladaq ki, ARDNF tərəfindən 2018-ci ilin yanvar-mart ayları ərzində 1 310,2 mln. ABŞ dolları məbləğində vəsait satılıb.

AzNews.az