İxrac olunan təbii qazın dəyəri 637 milyon 955 min ABŞ dolları təşkil edib İxrac olunan təbii qazın dəyəri 637 milyon 955 min ABŞ dolları təşkil edib

Azərbaycanın təbii qaz ixracı 2 dəfədən çox artıb

İxrac olunan təbii qazın dəyəri 637 milyon 955 min ABŞ dolları təşkil edib

Cari ilin ilk 4 ayında Azərbaycandan 4 milyard 39 milyon 658 min kubmetr təbii qaz ixrac olunub.

Dövlət Gömrük Komitəsindən (DGK) verilən məlumata görə, yanvar-aprel aylarında ixrac olunan təbii qazın dəyəri 637 milyon 955 min ABŞ dolları təşkil edib.

Xatırladaq ki, keçən ilin eyni dövründə ölkədən 1 milyard 893 milyon 203 min kubmetr təbii qaz ixrac edilmiş, həmin ixracın dəyəri isə 342 milyon 922 min dollar olmuşdu.

AzNews.az