2019-cu ilin yanvar-iyul ayları ərzində nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən 129,8 milyon ton yük daşınıb və 2018-ci ilin müvafiq dövrünə nisbətən 1,7% artım müşahidə olunub 2019-cu ilin yanvar-iyul ayları ərzində nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən 129,8 milyon ton yük daşınıb və 2018-ci ilin müvafiq dövrünə nisbətən 1,7% artım müşahidə olunub

Bu ilin altı ayında 129,8 milyon ton yük daşınıb

2019-cu ilin yanvar-iyul ayları ərzində nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən 129,8 milyon ton yük daşınıb və 2018-ci ilin müvafiq dövrünə nisbətən 1,7% artım müşahidə olunub

Aznews.az Dövlət Statistika Komitəsində istinadən xəbər verir ki, yüklərin 2,7 faizi dəniz, 6,3 faizi dəmir yolu, 0,1 faizi hava, 64,1 faizi avtomobil nəqliyyatı, 26,8 faizi isə boru kəməri ilə daşınıb.

Qeyri-dövlət sektoruna məxsus nəqliyyat vasitələri ilə daşınmış yüklərin həcmi 2,4 faiz artıb, daşınmış yüklərin ümumi həcmində bu sektorun xüsusi çəkisi 81,9 faiz təşkil edib.

2019-cu ilin yanvar-iyul aylarında nəqliyyatçılar 1121,4 milyon nəfərə və ya 2018-ci ilin eyni dövrü ilə müqayisədə 1,9% çox sərnişinə xidmət göstəriblər. Sərnişinlərin 87,7%-i avtomobil nəqliyyatı, 12,0%-imetro, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınıb.

Dəmir yolu nəqliyyatı ilə 2019-cu ilin yanvar-iyul ayları ərzində 8,2 milyon ton yük, 1,9 milyon sərnişin daşınıb, 2018-ci ilin eyni dövrü ilə müqayisədə yük daşınmasında 3,4%, sərnişin daşınmasında isə 26,0% artım müşahidə olunub.

Orta hesabla sutkada 294 vaqon yüklənib, 391 vaqon isə boşaldılıb.

Sutka ərzində dəmir yolunun Şimal istiqaməti üzrə 11,6 min ton, Qərb istiqaməti üzrə 4,4 min ton, Cənub istiqaməti üzrə isə 0,8 min ton yüklənmə işi yerinə yetirilib.

Dəniz nəqliyyatı ilə 2019-cu ilin yanvar-iyul aylarında daşınmış yüklərin həcmi 3563,0 min ton təşkil edib və əvvəlki ilin müvafiq dövrünə nisbətən 28,4% azalıb. Yüklərin 34,1 faizini neft yükləri təşkil edib.

Dəniz limanları tərəfindən 4690,2 min ton həcmində yükləmə-boşaltma işləri həyata keçirilib və yüklərin 4304,0 min tonunu və ya 91,8%-ni tranzit yüklər təşkil edib.

2019-cu il avqust ayının 1-i vəziyyətinə limanlarda qalan yüklərin həcmi 139,3 min ton olub.

Dövr ərzində bu nəqliyyat növü ilə daşınmış sərnişinlərin sayı 2018-ci ilin müvafiq dövrünə nisbətən 23,1% artaraq 11,2 min nəfər olub.