WTI markalı neftin iyun fyuçerslərinin qiyməti 19,59 dollar təşkil edib WTI markalı neftin iyun fyuçerslərinin qiyməti 19,59 dollar təşkil edib

Neftin qiyməti qalxdı

WTI markalı neftin iyun fyuçerslərinin qiyməti 19,59 dollar təşkil edib

Bu gün yeni OPEC+ sazişinin qüvvəyə minməsi ilə neft bahalaşmağa başlayıb.

AzNews.az xəbər verir ki, mayın 1-dən etibarən neft hasilatının azaldılması ilə bağlı yeni OPEC+ sazişinin qüvvəyə minməsi neft qiymətlərində yüksəlişə səbəb olub. Belə ki, səhər saatlarında London ICE birjasında “Brent” markalı neftin iyun fyuçerslərinin qiyməti 2,19 % artaraq 27,06 dollar səviyyəsində qərarlaşıb. WTI markalı neftin iyun fyuçerslərinin qiyməti isə 3,98 faiz qalxaraq, 19,59 dollar təşkil edib.

Qeyd edək ki, mayın 1-də yeni OPEC+ sazişi qüvvəyə minir. Sazişə əsasən ilk iki ayda neft hasilatının günə 10 milyon barrel azaldılması planlaşdırılır.