Nazir Milli Məclisdə deyib Nazir Milli Məclisdə deyib

"Dövlət büdcəsinin icrası ilə bağlı hər hansı bir problem yoxdur"

Nazir Milli Məclisdə deyib

Hazırda Azərbaycanın 2020-ci il büdcəsinin yerinə yetirilməsi ilə bağlı hər hansı bir problem yoxdur.

Məlumata görə, bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında 2019-cu ilin dövlət büdcəsinin icrasına dair məsələnin müzakirəsi zaman deyib.

Nazir bildirib ki, ötən beş ayın nəticələri mövcuddur və kifayət qədər profisit yaranıb. Onun sözlərinə görə, bu yaxşı mənzərədir və nəticələr barədə ətraflı məlumat təhlillərdən sonra təqdim olunacaq. (Trend)

AzNews.az