Dövlət Statistika Komitəsindən məlumat verilib Dövlət Statistika Komitəsindən məlumat verilib

Benzin və dizel yanacağına tələbat 30%-dək artdı

Dövlət Statistika Komitəsindən məlumat verilib

Bu ilin yanvar-may aylarında istehlakçılar Azərbaycanın pərakəndə ticarət şəbəkəsində avtomobil benzini və dizel yanacağına 807,3 mln. manat xərcləyib.

Dövlət Statistika Komitəsindən AzNews.az-a verilən məlumata görə, bu rəqəm əvvəlki ilin analoji dövrü ilə müqayisədə 0,8% azdır. Lakin təkcə ötən ay əhaliyə 180,7 mln. həcmində avtomobil benzini və dizel yanacağı satılıb ki, bu da aprel ayı ilə müqayisədə 28,8% çoxdur.

Qeyd edək ki, hesabat dövründə istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 5,6%-i avtomobil benzini və dizel yanacağının alınmasına sərf olunub.