- İntellektual baxış
- 20 İyun 2020 16:51
- 4 873
Rusiya neftinin qiymətinə dair proqnoz verildi
Bu barədə ölkənin energetika naziri Aleksandr Novak bildirib
Rusiya Energertika Nazirliyi bu ölkəyə məxsus “Urals” markalı neftin 2020-ci ildə orta hesabla 35 ABŞ dollarına satılacağını gözləyir.
AzNews.az “Handelsblatt”a istinadən xəbər verir ki, bu barədə ölkənin energetika naziri Aleksandr Novak bildirib.
Nazirin qənaətincə, neft bazarı böhrandan əvvəlki səviyyəyə, çox güman ki, iki-üç ilə qayıda bilər:
“Bunun 2021-ci ildə baş verməsinə ümidvarıq. Lakin, ola bilsin ki, bu məsələ iki və ya üç il çəksin. Çünki insanlar daha az təyyarəyə minəcək, daha az yola çıxacaq, səyahət edəcəklər”.