Azərbaycanda qaz hasilatı artıb

Bu ilin 7 ayında ölkədə 22,246 mlrd kubmetr təbii qaz hasil edilib

Bu ilin yanvar-iyul ayları ərzində Azərbaycanda 20,632 mln ton qaz kondensatı daxil olmaqla xam neft hasil edilib.

AzNews.az-ın Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu həcmin 20,540 mln tonu əmtəəlik xam neftin payına düşüb. Hesabat dövründə neft hasilatı ötən ilin müvafiq dövründən 6,3%, (əmtəəlik 6,5%) az olub.

Bu ilin 7 ayında ölkədə 22,246 mlrd kubmetr təbii qaz hasil edilib. Bu həcmin 15,897 mlrd kubmetri əmtəəlik təbii qazın payına düşüb. Bu ilin 7 ayında təbii qaz hasilatı illik müqayisədə 9,5%, əmtəəlik qaz hasilatı isə 13,3% artıb.