Eektrik avadanlıqların istehsalı 2,4 faiz azalıb Eektrik avadanlıqların istehsalı 2,4 faiz azalıb

Azərbaycanda kompüter istehsalı artıb

Eektrik avadanlıqların istehsalı 2,4 faiz azalıb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda kompüter, elektron və optik məhsulların, elektrik avadanlıqlarının istehsalı sahələrində 180,5 milyon manatlıq məhsul istehsal olunub.

AzNews.az-ın məlumatına görə, əvvəlki ilin yanvar-oktyabr ayları ilə müqayisədə kompüter, elektron və optik məhsulların istehsalı 50,1 faiz artıb, elektrik avadanlıqların istehsalı isə 2,4 faiz azalmışdır.

Dövr ərzində əvvəlki ilin yanvar-oktyabr ayları ilə müqayisədə avtomatik tənzimləmə və idarəetmə üçün cihaz və aparatların istehsalı 2,1 dəfə, 1000 V-dək gərginlik üçün hesablanmış elektrik cərəyanı naqillərinin istehsalı isə 2,0 dəfə artıb.