AMADA şəhid olan hərbçilərimizin ailələrinə və yaxınlarına başsağlığı verir AMADA şəhid olan hərbçilərimizin ailələrinə və yaxınlarına başsağlığı verir

AMADA "YAŞAT" fonduna pul köçürdü

AMADA şəhid olan hərbçilərimizin ailələrinə və yaxınlarına başsağlığı verir

Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) əməkdaşları öz təşəbbüsləri ilə ölkənin ərazi bütövlüyünün bərpası uğrunda yaralananlara və şəhid olanların ailələrinə dəstək məqsədi ilə ianə aksiyası həyata keçirib.

AzNews.az-ın məlumatına görə, AMADA-nın bütün əməkdaşları öz əməkhaqlarından ümumilikdə 15 500 manat vəsaiti könüllü olaraq "YAŞAT" fonduna köçürüb.

AMADA kollektivi döyüşlərdə yaralanan hərbçilərimizə şəfa diləyir, şəhid olan hərbçilərimizin ailələrinə və yaxınlarına başsağlığı verir.