Azərbaycan nefti ucuzlaşıb

Əvvəlki göstəricidən 1,08 dollar/barel az

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti dekabrın 24-də 50,97 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,08 dollar/barel azdır.

Bu barədə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 50,39 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,08 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 48,27 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,16 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 50,4 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 0,87 dollar/barel azdır. (Trend)

AzNews.az