Neft qiymətləri bahalaşır

“Light” markalı neft 53,41 dollar olub

Dünya birjalarında neft qiymətləri bahalaşıb.

AzNews.az-ın xəbərinə görə, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,40 dollar artaraq 56,30 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,43 dollar bahalaşaraq 53,41 dollar olub.