Buna qədər o, Tacikistanın paytaxtı Düşənbədə çalışırdı Buna qədər o, Tacikistanın paytaxtı Düşənbədə çalışırdı

“Absheron Hotel Group”da satış direktoru təyin edildi

Buna qədər o, Tacikistanın paytaxtı Düşənbədə çalışırdı

“PAŞA Holdinq”in otelçilik şəbəkəsinin menecmentini aparan şirkət “Absheron Hotel Group” MMC-nin Satış departamentinə rəhbərlik edəcək şəxs məlum olub.

Bu, İlkin Rüstəmovdur.

İ.Rüstəmov buna qədər Tacikistanın paytaxtı Düşənbədə çalışırdı. O, 2019-cu ilin yanvarından Düşənbədə “Sirena Hotels”də Satış və marketinq departamentində direktor idi. 2020-ci ilin sentyabrında isə vəzifəsindən kənarlaşmışdı.

Lakin, bu İlkin Rüstəmovun “Absheron Hotel Group” şəbəkəsində ilk işi deyil. 2015-ci ildə çalışdığı “Rixos”un Azərbaycandakı şəbəkəsindən ayrılaraq “Abşeron Hotel Group”a satış meneceri kimi təyinat almışdı. Bir il sonra, 2016-cı ilin sentyabrında “PAŞA Holdinq”in törəməsi – “PMD Hospitalty”ə Satış və marketinq departamentinin direktoru kimi təyin edilmişdi.

“Absheron Hotel Group” otel şəbəkəsi 2013-cü ildən Azərbaycan bazarına daxil olub. Hazırda 7.85 mln. nizamnamə kapitalına sahibdir. Şirkət Azərbaycanın paytaxtı Bakıda müvafiq beynəlxalq otel menecmenti şirkətləri tərəfindən idarə edilən iki lüks otel – “Four Seasons” və “JW Marriott Absheron”un sahibidir.

Bununla belə, onun şəbəkəsinə Azərbaycanın paytaxt və rayonlarında otellər, Türkiyə və Gürcüstandakı bir neçə otel daxildir. (Banker.az)

AzNews.az