130 milyon manat kreditə 74.8 milyon manat məbləğində dövlət zəmanəti verilib 130 milyon manat kreditə 74.8 milyon manat məbləğində dövlət zəmanəti verilib

Pandemiyadan zərər çəkən sahibkarlara bu məbləğdə subsidiya ödənilib

130 milyon manat kreditə 74.8 milyon manat məbləğində dövlət zəmanəti verilib

Ötən il Elektron Kredit Platforması üzərindən yeni biznes krediti sifarişi 949 milyon manat olan 3300-dən çox müraciət daxil olub.

AzNews.az İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, artıq bir sıra müraciətlərə baxılıb.

Bildirilib ki, 529 müraciət üzrə ümumi həcmi 169 milyon manat olan dövlət zəmanətli kreditlərin ayrılması barədə qərarlar qəbul edilib və bundan 369 müraciət üzrə 130 milyon manat kreditə 74.8 milyon manat məbləğində dövlət zəmanəti verilib.

Hazırda digər müraciətlərə baxılır və müəyyən olunmuş müddətdə (sürətli və ənənəvi kreditlər üzrə müvafiq olaraq 7 və 10 iş günü ərzində) nəticələr barədə sahibkarlara platforma vasitəsilə məlumat veriləcək.

2020-ci ildən tətbiq edilən digər mexanizmə uyğun olaraq, pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarların dövlət zəmanəti olmayan mövcud 1 milyard manat kredit portfeli üzrə 10 mart 2020-ci il tarixinədək manatla aldıqları kreditlərin illik faiz dərəcəsinin 10 faiz bəndi mart ayından başlayaraq 12 ay ərzində dövlət tərəfindən maliyyələşdirilir.

Bu mexanizm kreditlərin müddətindən və faiz dərəcəsindən asılı olmayaraq tətbiq edilir. Artıq bu mexanizm çərçivəsində kredit qalığı 483 milyon manat 1992 müraciət üzrə 33 milyon manat faiz subsidiyasının verilməsi barədə qərarlar qəbul edilib və bunlardan 1365-i üzrə 20 milyon manat subsidiya ödənişi həyata keçirilib.