Bu dövrdə BTC boru kəməri sisteminə 18 milyon kubmetr qaz verilib Bu dövrdə BTC boru kəməri sisteminə 18 milyon kubmetr qaz verilib

Azərbaycan xaricə qaz satışını 32 % artırıb

Bu dövrdə BTC boru kəməri sisteminə 18 milyon kubmetr qaz verilib

Bu ilin yanvar-fevral aylarında Azərbaycanın xaricə qaz satışı 3,3 milyard kubmetr təşkil edib.

Bu barədə AzNews.az Energetika Nazirliyinin bu ilin iki ayında ölkədə neft-qaz hasilatı ilə bağlı hazırladığı operativ məlumatlarına əsasən xəbər verir.

Məlumata görə, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə təqribən 32 % çoxdur. Bu ilin yanvar-fevral ayında 2020-ci ilin müvafiq dövrünə nisbətən Türkiyəyə 15,6 % çox, yəni 2 milyard kubmetr, Avropaya təqribən 783 milyon kubmetr, Gürcüstana isə 497 milyon kubmetr qaz ixrac edilib.

Bu dövrdə BTC boru kəməri sisteminə 18 milyon kubmetr qaz verilib.