Rusiya Azərbaycana 270 milyon dollarlıq kimyəvi məhsul ixrac edib

Ötən il Rusiya şirkətləri Azərbaycana 690 milyon dollardan çox məhsul tədarük edib

Rusiya 2020-ci ildə Azərbaycana 270 milyon dollardan çox məbləğdə kimyəvi sənaye məhsulu ixrac edib.

AzNews.az bu barədə Rusiyanın ticarət nümayəndəliyinə istinadən məlumat verir.

Qeyd olunur ki, ötən il Rusiya Azərbaycana universal və azot gübrələri, plastik kütlə və plastik məmulatlar, əczaçılıq məhsulları, yuyucu vasitələr tədarük edib.

Eyni zamanda Rusiya müəssisələrinin Azərbaycana ixracının əmtəə strukturunda tədarüklərin üçdə bir hissəsini ərzaq malları və kənd təsərrüfatı xammalı təşkil edib.

Ötən il Rusiya şirkətləri Azərbaycana ümumilikdə 690 milyon dollardan çox məhsul tədarük edib.