Bu barədə Dünya Bankından bildiriblər Bu barədə Dünya Bankından bildiriblər

Dünya Bankı Azərbaycanda yolların çəkilməsinə pul ayıracaq

Bu barədə Dünya Bankından bildiriblər

Dünya Bankı Azərbaycanda yolların inkişafı üzrə layihəyə 65 milyon dollar məbləğində kredit ayırmağı planlaşdırır.

Bu barədə AzNews.az-a Dünya Bankından bildiriblər.

Qeyd olunub ki, bankın Direktorlar Şurası mayın 20-də "Regional əlaqələrin inkişafı" adlı yol layihəsini müzakirə edəcək. Bu layihə çərçivəsində 65 milyon dollar vəsaitin verilməsi planlaşdırılır.

Qeyd edək ki, 2001-ci ildən etibarən Dünya Bankı Azərbaycanda magistral yolların rekonstruksiyası üçün 1,1 milyard dollar məbləğində kredit ayırıb.