Buna səbəb... Buna səbəb...

Lirə ucuzlaşsa da Bakıda satılan Türkiyə malları niyə ucuzlaşmır?

Buna səbəb...

Hazırda ucuzlaşmaqda olan 1 türk lirəsi Azərbaycan manatı ekvivalenti ilə 18 qəpik civarındadır. Türk lirəsi ucuzlaşsa da, Bakıda satılan Türkiyə məhsullarının qiymətində ucuzlaşma hiss olunmur.

Aznews.az xəbər verir ki, bunu açıqlamasında iqtisadçı-ekspert Xalid Kərimli deyib. Onun sözlərinə görə, buna səbəb türk şirkətlərinin idxalı dollar və avro ilə aparmasıdır: "Lirə ucuzlaşdıqca Türkiyənin yerli şirkətləri sifarişləri bahalaşdırırlar. Mağazalarımızda olan malların çoxu bir neçə ay bundan əvvəlki kursla alınan mallardır. Türkiyə mallarını satan ticarətçilər mallarını köhnə qiymətə aldıqlarına görə çalışırlar ki, baha da satsınlar. Türkiyədən mal idxal edənlərin gəlirləri pandemiyaya görə aşağı düşüb, xərcləri artıb. Bazarda əvvəlki pul dövriyyələri yoxdur. Məcburdurlar ki, qiyməti aşağı salmasınlar".