- İntellektual baxış
- 2 Noyabr 2021 22:48
- 13 098
"Ethereum"un qiyməti növbəti dəfə rekord vurub
Son 3 ay ərzində "Ethereum" 81 faiz, ilin əvvəlindən isə 6 dəfədən artıq bahalaşıb
"Ethereum" kriptovalyutasının dəyəri 4,4 faiz bahalaşaraq 4,5 min dolları ötüb.
Aznews.az-ın "İnterfaks"a istinadən verdiyi məlumata görə, saat 20:30 üçün sözügedən kriptovalyutanın qiyməti 4 500,71 dollar təşkil edib və son rekordunu yeniləyib.
Qeyd edək ki, son 3 ay ərzində "Ethereum" 81 faiz, ilin əvvəlindən isə 6 dəfədən artıq bahalaşıb.