- Pullu iş
- 10:52
- 846
İlin birinci yarımilində 130 mindən çox şəxsə pensiya, müavinət və təqaüd təyin edilib

2025-ci ilin yanvar-iyun ayları ərzində 132 227 pensiya, müavinət və təqaüd təyinatı elektron infrastruktur üzərindən proaktiv qaydada həyata keçirilib.
Bu barədə Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb.
Qeyd edilib ki, onlardan 24 432 pensiya, 107 795 müavinət (o cümlədən MDSS hesabına ödənilən) və təqaüd təyinatıdır.
AzNews.az