- Pullu iş
- 10:43
- 1 001
Azərbaycanda ipoteka kreditlərinin 70 %-i dövlət xətti ilə verilib

Bu gün qədər Azərbaycanda 5,1 milyard manat ipoteka krediti verilib.
Bunu İpoteka və Kredit Zəmanət Fondunun baş meneceri Rasim Abdullayev bildirib.
Onun sözlərinə görə, bunun təxminən 70 %-i və yaxud 3,5 milyard manatı Fondun (dövlət) xətti ilə 54,8 min şəxsə, 1,6 milyard manatı isə bankların daxili ipoteka proqramları üzrə 12,9 min şəxsə verilib.