- Pullu iş
- 14:24
- 1 058
Fond: Verdiyimiz ipoteka kreditləri üzrə cəmi 4 defolt halı qeydə alınıb

İndiyə qədər İpoteka və Kredit Zəmanət Fondunun xətti ilə verilən kreditlər üzrə cəmi 4 defolt halı qeydə alınıb.
Bunu Fondun Kredit zəmanət departamentinin direktoru Elşən Kərimov bildirib.
"Fondun ənənəvi mexanizm çərçivəsində güclü anderrayter təhlil prosesi və kredit reytinq modeli var, yəni bank təhlilindən fərqli olaraq orta təhlil prosesi var. Bu səbəbdən də fondun keysindəki portfellər kifayət qədər sağlamdır. Qeydə alınan 4 defolt keysinə baxsaq, hamısı real keyslərdir, məsələn, yanğın baş verib, biznes yanaraq kül olub. Nümunə kimi götürsək digərləri də belə keyslərdir. Həmin keyslər üzrə ödənişləri tam təmin etmişik", - deyə o qeyd edib.
AzNews.az