- Pullu iş
- 12:42
- 1 026
Bu il Azərbaycan elektrik enerjisi ixracını 1,6 dəfə artırıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycanda elektrik enerjisinin ixracı 709,9 milyon kVt/saat təşkil edib.
Bu barədə AzNews.az Energetika Nazirliyinin 6 ay üzrə açıqladığı elektrik enerjisi göstəriciləri ilə bağlı operativ məlumatlarına isrinadən xəbər verir.
Bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 265,9 milyon kVt/saat və ya 1,6 dəfə çoxdur.
6 ayda ölkədə elektrik enerjisinin idxalı 81,1 milyon kVt/saat olub. Bu da bir il öncəki göstərici ilə müqayisədə 15,3 milyon kVt/saat və ya 15,9 % azdır.
Hesabat dövründə Azərbaycanda elektrik enerjisinin istehsalı 291,5 milyon kVt/saat, yəni 2,2 % artaraq 13 milyard 849,3 milyon kVt/saat olub.
AzNews.az