- Pullu iş
- 10:43
- 1 040
ARDNF-in pul vəsaitləri 79 % artıb

Bu il yanvarın 1-nə Azərbaycan Dövlət Neft Fondu (ARDNF) 5 milyard 593,625 milyon manat məbləğində pul vəsaitlərinə və onların ekvivalentlərinə malik olub.
"Report" Fondun illik hesabatına istinadən xəbər verir ki, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 79 % çoxdur.
İl ərzində pul vəsaitlərinin qurumun aktivlərindəki payı isə 3,3 %-dən 5,45 %-ə yüksəlib.
Xatırladaq ki, ARDNF ölkə Prezidentinin 29 dekabr 1999-cu il tarixli fərmanı ilə yaradılıb. Fondun əsas vəzifəsi Azərbaycan vətəndaşlarının bugünkü və gələcək nəsillərinin mənafeyi naminə ölkənin payına düşən neft-qaz ehtiyatlarının kəşfiyyatı və işlənməsindən, habelə qurumun öz fəaliyyətindən əldə olunan gəlir və digər vəsaitin yığılmasını, səmərəli idarə olunmasını təmin etməkdir.
AzNews.az