Azərbaycanda baş elmi işçinin iştirakı ilə yeni şirkət yaradılıb

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti "Botanika, Floristika və Landşaft" MMC-ni dövlət qeydiyyatına alıb.

Yeni şirkətin hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsi, 12, nizamnamə kapitalı 7 000 manat, qanuni təmsilçisi isə Həsən Qərib oğlu Babayevdir.

O, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Karbonun fotosintetik assimilyasiyasının enzimologiyası laboratoriyasının baş elmi işçisidir. Hazırda institut Elm və Təhsil Nazirliyi yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin tərkibində fəaliyyət göstərir.

AzNews.az