“Belə uşaqlarımıza daha gözəl enerji ötürə bilər” “Belə uşaqlarımıza daha gözəl enerji ötürə bilər”

Mustafa Sandal boşandığı arvadının sevgilisindən danışdı

“Belə uşaqlarımıza daha gözəl enerji ötürə bilər”

Türkiyəli müğənni Mustafa Sandal keçmiş həyat yoldaşının münasibətinə iş adamı ilə sevgili olması barədə xəbərlərə münasibət bildirib.

AzNews.az xəbər verir ki, Mustafa Sandalın boşandığı arvadı Emina Jahovicin iş adamı Sadettin Saranla sevgili olduğu məlumatları yayılıb. Emina xəbərlərə reaksiya verməsə də, Saran İnstagram hesabında münasibətlərini sübuta yetirən foto paylaşıb.

Mustafa Sandal isə bunu deyib: “Xoşbəxt olsunlar. Eminanın xoşbəxt və yaxşı olması mənim istəklərim sırasında birincidir. Belə o, uşaqlarımıza daha gözəl enerji ötürə bilər”.

Qeyd edək ki, Mustafa Sandal və Emina Jahovic 10 illik evlililkərini bu ilin iyun ayında sonlandırıb. Onların bu evlilikdən 2 oğulları var.

Sadettin Saran isə uzun illər Hülya Avşarla sevgili olub.

Nigar CƏFƏR

AzNews.az