Azərbaycanlı müğənni Çelentano ilə duet oxudu - Video

İtalyan müğənni həmyerlimizin ifasını bəyənib

Ukraynanın paytaxtı Kiyevdə məşhur italyan müğənnisi və aktyoru Adriano Çelentano solo konsert proqramı ilə çıxış edib. Gənc azərbaycanlı ifaçı Vaqif Nağıyev onunla birgə duet oxuyub.

Birgə oxunan duet tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb.

A.Çelentano V.Nağıyevin ifasından razı qaldığını söyləyib.

V.Nağıyev öz növbəsində Çelentano yaradıcılığının vurğunu olduğunu və onunla duet oxumasından şərəf duyduğunu bildirib.

© AzNews.az