"O, Aygünlə küsülü olduğundan qəsdən belə edib" "O, Aygünlə küsülü olduğundan qəsdən belə edib"

Samir Səmraya ad verdi: “Diva! Bu titul sənin olacaq”

"O, Aygünlə küsülü olduğundan qəsdən belə edib"

Müğənni Samir Bağırov “Eurovision” təmsilçisi Səmra Rəhimliyə ad verib.

AzNews.az xəbər verir ki, Səmra Rəhimli öz instaqram hesabında yeni fotosunu paylaşıb. Samir Bağırov fotonun altında “Diva! Hazır ol əzizim, bu titul sənin olacaq” sözlərini yazıb.

Səmra isə “Bunu sizdən eşitmək xoşdur. Bu, mənim üçün böyük şərəfdir, sizi sevirəm” – deyə Samir Bağırova təşəkkür edib.

Qeyd edək ki, "Diva" titulu illər öncə xalq artisti Aygün Kazımovaya verilib. Şəbəkə izləyiciləri bildirib ki, Samir Aygünlə küsülü olduğundan qəsdən bu atmacanı ona ünvanlayıb.

AzNews.az