Parisdə həbs olunan amerikalı repçi Kris Braun sərbəst buraxılıb. Parisdə həbs olunan amerikalı repçi Kris Braun sərbəst buraxılıb.

Təcavüzdə adı hallanan repçi sərbəst buraxıldı

Parisdə həbs olunan amerikalı repçi Kris Braun sərbəst buraxılıb.

Bu barədə “AFP” xəbər agentliyi məlumat yayıb.

Braunun vəkili Raphael Chiche portala açıqlama verərək ifaçının günahsız olduğunu, şər atanlar əleyhinə məhkəməyə müraciət edəcəyini bildirib.

Chiche qeyd edib ki, məşhur sima sərbəst buraxılsa da, onun haqqında araşdırma davam edir.

Bu məqamda bildirək ki, Kris 15 yanvar tarixində Parisdəki otellərin birində 24 yaşlı xanıma təcavüz etmək istəyib. Şikayətçi repçinin yanında əlavə iki nəfərin də olduğunu iddia edib.(qafqazinfo.az)

© AzNews.az