Mehmet Ali Erbilin səhhəti ilə bağlı son açıqlama gəldi

Ona hər gün yatağında idman etdiririk.

97 gündür reanimasiyada müalicə alan Türkiyənin məşhur şoumeni Mehmet Ali Erbilin səhhəti haqqında həkimi açıqlama verib.

AzNews.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, şoumenin az da olsa yemək yediyini bildirib.

"Amma özəl qida qəbul edir. Ona hər gün yatağında idman etdiririk. Xəstəxanaya gələndə 90 kilo idi. İndi isə 75 kilodur. 15 kilo bu müddət üçün böyük kilo itkisi sayılmaz”. Həkim belə deyib.

Qeyd edək ki, Mehmet Ali Erbil evinin hamam otağında yıxılaraq sinəsini əzib. Əməliyyatdan sonra isə 16 illik xəstəliyi “Qaçış sindromu” yenidən baş qaldırıb.

Nigar CƏFƏR

AzNews.az