"Qoy, ancaq öz hinlərində oxusunlar". "Qoy, ancaq öz hinlərində oxusunlar".

Vaqif Nağıyev Nəsimiyə görə üsyan etdi: Dayandırın bunu - VİDEO

"Qoy, ancaq öz hinlərində oxusunlar".

Müğənni Afət Fərmanqızının dahi şair İmadəddin Nəsiminin "Sığmazam" qəzəlinə oxuduğu “Pəncu-şeş” adlı mahnısı sosial şəbəkələrdə geniş tənqidə məruz qalıb.

AzNews.az xəbər verir ki, gənc ifaçı Ukraynanın “Qolos” (Səs) musiqi müsabiqəsindən sonra məşhurlaşan Vaqif Nağıyev də bu ifaya görə hiddətlənib. Müğənni sosial şəbəkə profilində buna görə Mədəniyyət Nazirliyinə müraciət edib:

"Siz bu biyabırçılığa baxın. Bu qadın Nəsiminin qəzəli ilə hind musiqisini qarışdırıb. Yəqin ki, bu haqda Mədəniyyət nazirliyinə müraciət etmək lazımdı. Xahiş edirəm, onlara belə mahnılar oxumağı qadağan edin. Qoy, ancaq öz hinlərində oxusunlar. Uşaqlar böyüyür, bunu görür, onlar kimi olmasınlar.", - Vaqif belə deyib.

Fəridə Abdulla

AzNews.az