Sən Allah, adamlarını çək yanımdan, problem olacaq. Sən Allah, adamlarını çək yanımdan, problem olacaq.

Röya: Elə bil dədələrinin pulunu yeyirəm - VİDEO

Sən Allah, adamlarını çək yanımdan, problem olacaq.

ARB TV-nin “Show news” proqramının növbəti müsahibi əməkdar artist Röya Ayxan olub.

Müğənni, son günlər haqqında çıxan “Röya üzərində sərvət gəzdirir” başlığı altında yayılan xəbərlərə aydınlıq gətirib:

“Elə danışırlar ki, elə bil dədələrinin pulunu yeyirəm. Mənim də əsəbi vaxtım var. Hansısa içkili adamın sözünü götürmək var. Düzdür, mənə heç kim söz deyə bilməz. 16 yaşımdan problemlər yaşamışam. Toya çağıranda deyirdim ki, sən Allah, adamlarını çək yanımdan, problem olacaq. Bu qədər əsəb keçirirəm, bir də qazancımın yarısını da öz üzərimə qoyuram, klipə və geyimlərimə. O söz xoşuma gəlmədi. Qiymətini elə şişirdib yazırlar ki. Niyə belə deyirsən? Əvvəlcə üzərimdəkinin firmasını yaz, insanlar oradan girib baxsın. Ümumiyyətlə təcrübəsiz insanlar, kim ki, heç vaxt qazanmayıb, ancaq qazananın arxasında danışır. O insanlar onsuz da girib internetdə onun adını yaza bilməyəcəklər. 1 otaqlı ev qiymətində yazırlar, amma o, 1 otaqlı deyil, 2 otaqlıdı”.

AzNews.az