O, ARB Şəki telekanalında qonaq olub. O, ARB Şəki telekanalında qonaq olub.

Qəzada ölən azərbaycanlı müğənninin görüntüləri yayıldı - VİDEO

O, ARB Şəki telekanalında qonaq olub.

Bu gün yol qəzasında dünyasını dəyişən azərbaycanlı müğənni Mehriban Mustafayevanın görüntüləri yayılıb.

AzNews.az xəbər verir ki, kadrlar onun bir müddət əvvəl qonaq olduğu ARB Şəki telekanalındakı verilişlərdən birində çəkilib.

Qeyd edək ki, hadisə bu gün günorta saatlarında Zaqatala-Qax avtomobil yolunun rayonun Qum kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "VAZ-21015" markalı avtomobil yoldan çıxaraq ağaca çırpılıb. Nəticədə avtomobildə olan sərnişin - 1980-ci il təvəllüdlü Mehriban Natiq qızı Mustafayeva hadisə yerində ölüb.

Sürücü, 1979-cu il təvəllüdlü Polad Mahmud oğlu Məmmədov və digər iki sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri ilə Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Mərhum M.Mustafayeva uzun illərdir şimal-qərb bölgəsində müğənni kimi fəaliyyət göstərib.

Aynur

AzNews.az

image description