Müğənninin əmlakını satmağa məcbur qaldığı bildirilir. Müğənninin əmlakını satmağa məcbur qaldığı bildirilir.

Məşhur musiqiçinin intiharının təfərrüatı...

Müğənninin əmlakını satmağa məcbur qaldığı bildirilir.

Britaniyanın əfsanəvi “The Prodigy” texno-rok qrupunun vokalisti və rəqqası Kit Flintin həyat yoldaşı ilə boşanma prosesində gedən əmlak bölgüsü fonunda intihar etdiyi məlum olub.

Bu barədə “The Sun” qəzeti məlumat yayıb.

Bir müddət əvvəl müğənni DJ Gedo Super Mega Bitch sənət adı ilə tanınan yapon həyat yoldaşı Mayumi Kai ilə yollarını ayırıb.

Ölümündən bir neçə gün əvvəl K.Flint Esseks qraflığının Danmou şəhərindəki evini 1,5 milyon funta (təx. 3,3 milyon manat –red) satışa çıxarıb. Müğənninin əmlakını satmağa məcbur qaldığı bildirilir.

M.Kai Flintin öldüyü vaxt Yaponiyada olub. Mənbənin məlumatına görə, ayrılıqdan sonra “The Prodigy” vokalisti depressiyaya düşüb.(oxu.az)

AzNews.az