Doqquz ildir ki, aliment almıram, sadəcə onun anasına yazığım gəlir Doqquz ildir ki, aliment almıram, sadəcə onun anasına yazığım gəlir

Şikayət etsəm, o insan həbsə gedəcək - Məşhur aparıcı

Doqquz ildir ki, aliment almıram, sadəcə onun anasına yazığım gəlir

ARB kanalında fəaliyyətə başlayan məşhur aparıcı Lətafət Ələkbərova AzNews.az-a müsahibə verib.

Həmin müsahibəni sizə təqdim edirik.

- Lətafət xanım, son zamanlar artıq çəki almağınızla diqqətdəsiniz. Bu, nə ilə bağlıdır?

- Qışda yeməyə meylliliyim çox oldu, artıq kilo aldım. Ona görə də son zamanlar sosial şəbəkədə az şəkil paylaşıram (gülür). Ümumiyyətlə, İnstagramda pis şeyləri paylaşmağı sevmirəm. Camaat paylaşır, xəstəyəm, ölürəm və s. Amma bu kimi şeyləri sevmirəm. Beş-altı ay səhhətimdə problem yaşadım. Ayağım qırıldı, bir ay gipsdə qaldı. Sonra sağlığımda problem oldu. Davamlı iynə-dərman qəbul etdim. Hormon pozğunluğu baş verdi və buna görə artıq çəki aldım. Amma yenidən kilo atmağa başlamışam.

- Həmkarınız Nanə Ağamalıyeva efirdən uzaqlaşan zaman sadəcə Elnur Məmmədovun ona zəng etdiyini deyib. Bəs, siz necə efirdən uzaqlaşanda bu kimi hallarla qarşılaşmısınız?

- Bəli, mən də demək olar ki, Nanənin vəziyyətini yaşadım. Amma indi onların adını çəksəm inciyərlər. O zaman yalnız bir neçə insan axtardı, yanımda oldu. Efirdə olub-olmamağımdan asılı olaraq, Faiq Ələkbərov və Gülbahar Şükürlü daim dəstək oldular.

- Hansı məşhur efirdə olduğunuza görə sizdən istifadə edib?

- Hər birimiz harada və nədə istifadə edildiyimizi başa düşürük. Bəzən özümüz bilə-bilə istifadə elətdiririk. Deyirik ki, kef edin... Elə insanları önəmsəmədiyim üçün özümü elə aparıram ki, guya başa düşmürəm. Əlbəttə ki, özüm icazə verməsəm. heç kim istifadə edə bilməz.

- Hazırda aparıcı olmaq asandır?

- Əvvəl aparıcı olmaq çox çətin və müşkil məsələ idi. İndi aparıcı olmaq çox asandı.

- Siz daim "Azəri star" verilişinin aparıcısı kimi yadda qalırsınız. Niyə digər televiziya layihələriniz uğurlu alınmadı?

- Layihələrimin uğurlu alınmaması fikriylə razı deyləm. "Xəzər"də və başqa kanalda layihələrim oldu. Sadəcə tamaşaçı məni "Azəri star"ın aparıcısı kimi yadda saxladı. Məsələn, müğənni Nazim deyəndə Faytonçu, Günel deyəndə "Pişik Günel", məni isə deyəndə “Azəri-star”ın aparıcısı kimi tanıyırlar.

- Müsahibənizin birində qeyd etmisiniz ki, nüfuzlu bir şəxs sizin adınızı televiziyalarda "qara siyahı"ya saldırıb. Bu qadağa neçə il davam etdi və səbəb nə idi?

- Bəli, nüfuzlu bir şəxs mənə televiziyalarda qadağa qoydurdu. Bu qadağa iki ilə yaxın davam elədi. Özüm o qadağanı ləğv elədim. Çünki həmin şəxs adımı “qara siyahı”ya saldırmağı unutdu. Hər bir qadın həyatında gözəl bir münasibət olmasını istəyir. Onun təklifini xoş qarşılamadığıma görə belə etmişdi.

- Bir çox xanım həmkarlarınıza dəstək olan şəxslər var. Sizə necə kim dəstək olur?

- Mən dəstəyə pis baxmıram. Hər bir qadının həyatında kimsə olmalıdır. Ümumiyyətlə, mənə heç kimin şəxsi həyatı maraqlı deyil. Kiminlə görüşürlər, həyat tərzləri necədi, necə yaşayırlar? Hər birimiz insanıq, səhvlərimiz, günahlarımız olur. Özümü dərk etdikdən sonra heç kimi qınamağa çalışmıram. Belə bir söz var: “Hər bir qoyun öz ayağından asılır”. Hər insan öz günahına görə cəzalandırılır. Kimsə kimsənin günahına görə cavabdeh deyil. Mən də heç zaman demirəm ki, “süddən çıxan ağ qaşığ”am. Hər kəsin şəxsi həyatı özünə aiddir. Həyatımda mənə dəstək olan insan olub, amma indi yoxdur.

- “Bu gün "day-dayı" olan aparıcılar gündəmdədir” kimi düşünən insanların fikri ilə nə dərəcədə razısınız?

- İnsan “day-dayı”yla bir yerə qədər gedə bilər. Əgər o, insan sevilmir, qəbul edilmir, sənətindən pul qazana bilmirsə, gündəmdə qalmayacaq. Ömür boyu “day-dayı” olmayacaq ki. Bəzi insanların iş-gücləri onu-bunu müzakirə etməkdir. Şəxsən məni tanıyanlar bilirlər ki, mən heç kimin həyatını müzakirə eləmirəm.

- Niyə evlənmirsiniz? Cəmiyyətimizdə xanımın ikinci dəfə evlənməyinin nə kimi çətin tərəfləri var?

- Qız övladım var, evlənmək təklifləri çox olub. Sadəcə ilk öncə qızımı düşünürəm. Zənginlik də axtarmıram. Sadəcə düşünürəm ki, insan müəyyən yaşa çatıb və həyatda heç nəyi yoxdursa, deməli bu insan çalışqan olmayıb. Mənim üçün evlənəcəyim insan çalışqan, əməksevər və ağıllı olmalıdır. Elə insan qarşıma çıxmayıb. Evlənmək və gözəl ailəmin olmasını istəyirəm. Niyə də olmasın.

- Sizinlə tanış olmaq istəyən əks cinsin nümayəndələri sırasında aparıcı olduğunuz üçün qeyri-ciddi yanaşanlar olur?

- Bəli, tanış olmaq istəyənlər arasında səhnədə olduğum üçün qeyri-ciddi yanaşanlar daha çox olub, nəinki ciddi. Ümumiyyətlə, mentalitetimiz belədir. Öndə olan və ayrılmış qadına çox nadir hallarda ciddi yanaşırlar. Amma ciddi yanaşanlar da var.

- Qız anasısınız və onun bütün xərcləri sizin üzərinizdədir. Müğənni Lalə Məmmədova qızlarının atasıyla alimentə görə problem yaşayır. Sizdə necə keçmiş həyat yoldaşınızla aliment problemi olur?

- İnanın ki, mən danışsam, yer-yerindən oynayar. Amma o qədər mərhəmətli insanam ki, o problemlərə yenidən qayıtmaq istəmirəm. Ağlamağı da sevmirəm. Vaxt var idi ki, uşağıma dərman ala, yemək yeməyə pul tapmırdım. Əzablı günlərim çox olub. Amma heç zaman aliment tələb etmədim. Sadəcə o insanı Allaha və öz mərhəmətinə buraxdım. Amma gördüm ki, onda mərhəmət yoxdur. Bu vaxta qədər aliment almamışam. Amma insanlara deyir ki, guya uşaqla görüşdürməyə qoymuram. Nə vaxt əlində nəsə alıb, gətirib, mən icazə vermədim. Şikayət etsəm, o insan həbsə girəcək. Doqquz ildir ki, aliment almıram. Sadəcə onun anasına yazığım gəlir.

- İlk evliliyinizdə yaşadığınız hansı problemi ikinci dəfə ailə qurarakən yaşamaq istəməzsiniz?

- Həyat insana təcrübə qazandırır. Əgər insan səhvlərindən nəticə çıxara bilmirsə, deməli bu insan boşuna yaşayıb. Problemsiz həyat yoxdur və yenə də ailə quranda söz-söhbət ola bilər. Artıq problemlərə çılğınca yox sakit yanaşıram. Amma inşallah ümid edirəm ki, bir daha problem yaşamaram.

- Lətafət xanım tez-tez aşiq olur?

- Xeyr, son zamanlar aşiq ola bilmirəm. İnsanları çox tanıdıqca sevə bilmirəm.

- Hansı insanlara qəlbiniz qapalıdır?

- Qəlbləri yalançı, ikiüzlü, hiyləgərliyə açıq olan insanlara... Allah hər zaman qarşımıza gözəl insanlar çıxarsın.

- Yenidən fəaliyyətinizə ARB kanalında başlamısınız. Sizə uğurlar...

- Çox sağ olun. Bəli, ARB-də şənbə günü saat 12-də yayımlanan “İkinci şans” verilişini aparıram. Veriliş qadınların həyatı ilə bağlıdır.

Rəqsanə Həsənova

AzNews.az

image description image description image description image description