Anarın günahsız yerə qurban getməsinə imkan verməsin Anarın günahsız yerə qurban getməsinə imkan verməsin

Aybəniz Haşımova “Space” rəhbərliyinə səsləndi - "Xahiş edirəm ki..."

Anarın günahsız yerə qurban getməsinə imkan verməsin

Əməkdar artist Aybəniz Haşımova “Space” kanalının rəhbəri Vaqif Mustafayevə müraciət edib. Belə ki, “Hər səhər” verilişində Rüfət Axundov və Rəşad İlyasovun qeyri-etik ifası aparıcı Anar Vaqifoğlunun işdən çıxarılmasına səbəb olub.

AzNews.az xəbər verir ki, Aybəniz Haşımova bu haqda sosial şəbəkədə yazıb.

“Neçə ilərdir ki, Anarı şəxsən tanıyıram. Və ona dəyərli bir insan kimi böyük hörmətim var. Anar və eləcə də heç bir aparıcı canlı yayımda baş verəcək hadisələrə “qarant” ola bilməz.

Mənim üçün Rəşad İlyasov və Rüfət Axundov çox əzizdirlər. Kaşki belə olmayaydı. Amma insan yıxılır, ölür və olacağa nə çarə... Allah da bağışlayanları sevir. Anarın günahsız yerə qurban getməsi məni çox incidir. Ona görə də dəyərli Vaqif Mustafayevdən xahiş edirəm ki, Anarın günahsız yerə qurban getməsinə imkan verməsin. Rəşad və Rüfətin dolanışıq yerləri var. Anar və orada çalışan rejissorun uşaqlarının ümid yeri yalnız Space TV və FM-dir”. Əməkdar artist belə deyib.

Rəqsanə

AzNews.az