Xanımın əmisi vəzifəli şəxsdir, bizi onunla qorxudur. Xanımın əmisi vəzifəli şəxsdir, bizi onunla qorxudur.

“Larisa” kimi tanınan azərbaycanlı aktrisa DİN-ə müraciət etdi - Səbəb

Xanımın əmisi vəzifəli şəxsdir, bizi onunla qorxudur.

Azərbaycanın məşhur aktrisası Çimnaz Soltanova hüquq-mühafizə orqanlarına müraciət edib. Buna səbəb onun evindən qızıllarının oğurlanması olub.

Bu haqda AzNews.az-a açıqlamasında Çimnaz Soltanovanın özü məlumat verib:

“Rəsmi olaraq DİN-ə məktub ünvanlanmışam. Qeydiyyatdan keçib və cavab gözləyirik”.

Qeyd edək ki, Çimnaz Soltanova bir müddət əvvəl “Bizimləsən” verilişində “Böyük rütbəli şəxsin qardaşı qızı evimdən bütün qızıl, brilyantı aparıb. İnsan yalvarır ki, əmimin, anamın adını heç yerdə çəkmə, 2 ay içində 50 min qaytaracam. Xanımın əmisi vəzifəli şəxsdir, bizi onunla qorxudur. Anası əməkdar incəsənət xadimidir. Şou-biznesdə çoxları onun dələduzluğunun qurbanı olub” demişdi.

Məlumat üçün qeyd edək ki, aktrisa “Vicdan haqqı” serialındakı "Larisa" obrazı ilə məşhurdur.

Rəqsanə

AzNews.az

image description