Mən sadəcə xəyanəti göstərdim Mən sadəcə xəyanəti göstərdim

Azərbaycanlı aktrisa sevişmə səhnəsindən danışdı: Bədənimin ... - Müsahibə

Mən sadəcə xəyanəti göstərdim

Məşhur aktrisa Sevinc Əliyeva AzNews.az-a müsahibə verib.

Müsahibəni sizə təqdim edirik:

- Sevinc xanım, “Dalan” filmindəki açıq-saçıq səhnəsindən sonra insanların sizə reaksiyası necə oldu?

- Düzünü deyim ki, filmlə bağlı sosial şəbəkədəki rəyləri oxumamışam. Amma yaxınlarımdan və sənət adamlarından müsbət fikirlər eşitdim. Bu dərəcədə gözləmirdim. Bununla belə sənət adamları arasında rəqabət də olur. Onların xoş sözlərini eşidəndə çox xoş oldu. Şəxsən pis fikirlə qarşılaşmamışam.

- Açıq-saçıq səhnənizlə müasir zəmanənin ən cəsarətli aktrisası oldunuz...

- Dünya filmlərinə baxanda bizim filmimiz onların yanında heç nədir. Sadəcə olaraq belə səhnələrə bizimkilər çəkiləndə qəbul edə bilmirik.

- Siz həm də üç uşaq anasısınız. Ssenari təqdim ediləndə tərəddüd etdinizmi?

- Ssenariyə əsasən hər şey tamamilə başqa cür olmalı idi. Açıq-saçıq səhnələr çox olmalı, o səhnəyə dublyor çəkilməli idi. Sonra düşündük ki, heç yerdə deyə bilməyəcəm ki, bu, mən deyiləm, dublyordur. O səhnələrə gəlincə bir dubl çəkildi, çəkiliş zamanı Sevinc olaraq çox sıxılırdım.

- Maraqlıdır ki, valideynlərinizin obrazınıza reaksiyası necə oldu?

- Anam 20 ildir ki, kinostudiyada işləyib və oranın dəhlizlərində böyümüşəm. Mənə anam heç nə demədi. Yəqin ki, həmin gün xətrimə dəymək istəmədi (gülür). Anam həmişə mənə deyir ki, Sevinc, nəsə edən zaman atanı, adımızı və üç balanı düşün. Mən düşünmürəm ki, nəsə pis bir hərəkət elədim, kiminsə başını aşağı saldım. Hər şeyi çərçivədə edirəm. O səhnədə bədənimin heç bir hissəsi açıq deyil. Sadəcə xəyanəti göstərdim. Mən aktyorluq sənətini bitirmişəm. Bakı Dövlət Universitetini bitirsəydim, müəllimə işləyərdim. Bu, mənim işimdir. Mən sənətimlə, işimlə məşğulam. Ən tərbiyəli formada xəyanəti təqdim elədim.

- "Dalan" filmindəki obrazınıza görə uşaqlarınızın atası Fuad bəy münasibət bildirdimi?

- Xeyr, bu haqda heç bir fikir bildirmədi. Filmi izləyib-izləmədiyini də bilmirəm. İnanmıram ki, gedib baxsın.

- Sevinc xanım, rejissor Fuad Əlişovdan ayrıldıqdan sonra aktrisa kimi tanınmağa başladınız. Evli olan zaman sadəcə reklamlara çəkilirdiniz...

- 2006-cı ildə universiteti bitirdikdən sonra Mehriban Ələkbərzadənin “Məhkumlar” filminə çəkildim. 21 yaşımda ailə qurdum və o zaman kommersiya filmləri çəkilmirdi. Dövlət şifarişli filmlər çəkilirdi. O ərəfədə üç övladım oldu. Körpə uşaqlarıma daha çox vaxt ayırdım. Çəkilişlərə vaxtım olmurdu. Film və serial çəkilişləri vaxtımızı çox aparır. Uşaqlarımın dayəsi səhər saat 10-dan axşam saat 6-a qədər gəlirdi. Ona görə də uşaqlarıma çox vaxt ayırırdım.

- Fuad bəy, heçmi mane olmurdu?

- Xeyr, mane olmadı. Hər zaman işimdə məni dəstəkləyib. Mən də ilk öncə onunla məsləhətləşirdim. Heç vaxt aramızda işlə bağlı problem olmayıb. Sonra məlum hadisələr baş verdi. Artıq uşaqlar da böyüyüb. Bir müddət marketinqlə məşğul oldum. Gördüm ki, alınmır. Sonra ATV-də seriala çəkildim. Davamı olaraq “Dalan”, “Qaynana”ya, indi “Beşinci fəsil” filminə çəkilirəm. Hazırda "Dağıntılar altında" serialında da rol almışam.

- Sizi daha çox Fuad Əlişovun həyat yoldaşı kimi tanıyırdılar. Hazırda necə Fuad bəyin keçmiş həyat yoldaşı, yoxsa aktrisa kimi daha çox tanınırsınız?

- 21 yaşında evlənmişəm. “Məhkumlar” filminə çəkilən ərəfədə ailə qurdum. O zamandan Sevinc Əliyeva olaraq tanınırdım. Hər insan özünə görə ad daşıyır. Mən deməzdim ki, məni Fuada görə tanıyırlar. Nə də belə hesab eləmirəm. Hər zaman işimlə tanınmağa çalışmışam. 9 il ailəli oldum və heç zaman Fuada demədim ki, filan yerdə çəkilmək istəyirəm. Əslində bunun tam əski olub. Fuad deyirdi ki, bəlkə filan yerdə çəkiləsən. Heç vaxt şou-biznesdə olmağa can atmamışam. Bu gün də şou- biznesdə deyiləm və olmaq da istəmirəm.

- Fuad bəy sizdən ayrıldıqdan sonra tədbirlərin birində bir xanımla görüntüləndi. Sizin necə həyatınızda kimsə varmı? Və siz də yenidən evlənməyi düşünürsünüz?

- Xeyr, evlənməyi düşünmürəm və ona şərait də yaratmıram. 21-ci əsrdə ayrılmış və tanınan bir xanım üçün bu heç də problem deyil. İşimlə məşğulam. Vaxtımın 50 faizi işimə, 50 faizi isə uşaqlarıma ayırıram. Fuadın xanımla görüntülənməsinə gəlincə kişinin həyatında xanımın olması normaldır. Xanımla görsənmək, şəkil paylaşmaq, bir yerdə yaşamaq bu demək deyil ki, onunla evləniblər. Özü bilər. Evlənsə belə Allah xoşbəxt eləsin. Bu, mənim həyatıma təsir edə bilməz. Həyatımı kiminsə acığına yaşamıram. O elə edir, mən də etməliyəm və s. hissiylə hərəkət eləmirəm. Artıq 34 yaşım var. Qismət olsa, nənə olacam.

- Fuad bəy, yenidən sizinlə evlənmə təklifi etsə, qəbul edərsiniz?

- Xeyr, o gülməli bir haldır. BuŞ heç vaxt ola bilməz. Mümkün olan bir şey deyil. Bizim çox yaxşı dost münasibətimiz var. Uşaqlarımızın yanındayıq.

- Övladlarınızın məsuliyyəti sizin üzərinizdədir. Maddi çətinliklərə görə zamanla həyat yoldaşınızdan ayrılmağınıza görə peşman olmusunuz?

- Nə ailə qurmağıma, nə də ayrılmağıma peşman olmadım. Belə bir söz var: "Uşaqları xoşbəxt görmək istəyirsənsə, anası xoşbəxt olmalıdır". Ananın ruh halı uşaqlara təsir edir. Şükür Allaha hər şey yaxşıdır. Çətinliklər hər zaman ailəli olanda da baş verir.

- Maddi çətinliklər yaşadınızmı?

- Üç övladım var, onlara çox vəsait lazım olur. Biz valideyn olaraq hər ikimiz bunun öhdəsindən gəlməyə çalışırıq.

- Fuad bəydən ayrılmaq səbəbini heç zaman açıqlamadınız. Sirr deyilsəŞ ayrılmağınıza səbəb nə oldu?

- Səbəbini heç zaman açıqlamayacam. Dörd ildir ki, bu haqda danışmadım və 40 il də danışmayacam. Heç zaman evimin içindəkini üzə çıxarmayacam. Ailəli olanda xoş günlərim də çox olub. Doğmalarımın belə evimin içində baş verənlərdən xəbəri olmayıb. Bir çox şeyi sonra biliblər. Ailəm haqqında danışmağı xoşlamıram. Düzü söz-söhbətdən qaçıram. Hərdən mənə deyirlər ki, "Sən yağ-bal içində üzürsən". İnsan hər zaman ətrafdan başqa cür görsənir.

Çətinliklərim, problemlərim, kövrək anlarım olub, amma heç vaxt sosial mediada bunu bildirmədim. Xasiyyətimi yaxınlarım bilirlər. Keçən dəfə sosial şəbəkədə haqqımda yazılan bir rəy oxudum: "Bunun fikri gəzmək imiş, ona görə əri boşadı". Çox pis oldum. İnsanlar çox qəddarlaşıblar. Heç nədən xəbərsiz olmaya-olmaya söz deyə bilirlər. Sanki ona-buna söz demək üçün yaranıblar. Mən sadəcə işimlə məşğul oluram. Bir çox efirlərə getmirəm. İşimi görüb, evimdə otururam. Müsahibə də çox vermirəm. Elə başlıq qoyurlar ki, xoş olmur. Mənim reklama ehtiyacım yoxdur. Söz söhbətdən hər zaman uzaq olmuşam. Ailə həyatım dağılanda iki il üzdə olmadım.

- Sizi gələcəkdə aparıcı kimi də görə bilərikmi?

- Bir neçə televiziyalardan aparıcı olmaq üçün təkliflər gəlib. Professional aparıcı yox, aktrisayam. Onsuz da efirlərdə kifayət qədər qeyri-peşəkar aparıcı var. Bu, bütün aparıcılara şamil deyil. Professional aktrisa olmağım mənə bəsdir. 12 ildir ad qazanmışam və beş gün efirdə olmaq üçün itirə bilmərəm.

- "Beşinci fəsil" filmində necə obraz canlandırırsınız?

- "Caspian media holding”in Mir Cəlal Paşayevin əsəri əsasında çəkilən "Beşinci fəsil" filminə çəkilirəm. Baş rollarda aktrisa Gülzar Qurbanova və model Rüstəm Cəbrayılov çəkilir. Bu filmdə tamamilə fərqli obraz canlandırıram. Qrimlə o qədər eksperiment etmişik ki... Ekran əsərində gəncliyimdən tutmuş, qocalığıma qədər əks olunur. Dram janrında çəkilən filmlərdə oynamağı çox sevirəm. İnsanlar dram janrında çəkilən filmləri izləməyə getməlidirlər. Onu da deyim ki, tamaşaçılar "Dalan" filminin davamının çəkilməsini istəyirlər.

- Teatrda necə fəaliyyət göstərməyi düşünürsünüz?

- Xeyr, universitet illərində də teatra dəvət olunmuşam. Yuğ Teatrında dəvətli aktor kimi səhnəyə çıxmışam. Xalq artisti Cənnət Səlimova universitetdə kurs rəhbərim idi, işləməyə dəvət etmişdi. O zaman ailə qurdum. Teatrı sevirəm, amma çəkilişlərə və övladlarıma görə orada işləmək alınmır. Teatrda işləyəndə filmlərə çəkilmək də çətindir. Övladlarım balacadı.

Rəqsanə Həsənova

AzNews.az

image description image description image description image description image description image description image description image description image description image description