Mənə qarşı televiziyalarda qadağa yoxdur Mənə qarşı televiziyalarda qadağa yoxdur

Rüfət Axundov MTRŞ-dan üzr istədi - "Səhvim varsa..."

Mənə qarşı televiziyalarda qadağa yoxdur

Müğənni Rüfət Axundov əməkdar artist Rəşad İlyasov ilə birlikdə “Space” kanalında işlətdikləri qeyri-etik söz haqda yaşanan problemlə bağlı AzNews.az-a danışıb.

O, "Bu haqda geniş açıqlama vermədiniz. Hazırda vəziyyət necədir?" sualına belə cavab verib:

"Problem artıq həll edilib. Xalqın gözü tərəzidir. Mən bu vaxta qədər Azərbaycanın çörəyi ilə böyümüşəm. Azərbaycan xalqına minnətdaram. Əgər səhvim varsa, xalqımdan üzr istəməyə hazıram".

Rüfət Axundov işlətdiyi qeyri-etik sözə görə monitorinq aparan MTRŞ-a təşəkkür edib:

"Yenə deyirəm, mənim bir günahım varsa, hər kəsdən üzr istəyirəm".

Müğənni ona qoyulan efir qadağasına da münasibət bildirib:

"Mənə qarşı televiziyalarda qadağa yoxdur"

Rəqsanə

AzNews.az