Əslində mən gəzməməliyəm, uzanıb dincəlməliyəm Əslində mən gəzməməliyəm, uzanıb dincəlməliyəm

Namiq Qaraçuxurlu yenidən əməliyyat olunacaq - VİDEO

Əslində mən gəzməməliyəm, uzanıb dincəlməliyəm

Meyxanaçı Namiq Qaraçuxurlunun səhhəti pisləşib.

AzNews.az-ın məlumatına görə, sənətçi "Şou news" verilişinə açıqlamasında deyib ki, gələn ay yenidən əməliyyat olunacaq:

"1 il yarımdan sonra ayağıma taxılan millər götürülməli idi, amma qalırdı. Mənim işlərimin çoxluğu buna imkan vermirdi. Buna görə də əsa ilə gəzirdim. Mayda yenidən əməliyyat masasına oturacam və ayağımdakı millər çıxarılacaq. Ondan sonra yəqin ayağa durmağım 2 ay vaxt tələb edir.

İndi axsayıram. Mənə istirahət lazımdır. İnsanlar isə məndən sağlam adam kimi nəsə tələb edirlər. Bəzi yerlərə yubanıram, bəzisinə isə gedə bilmirəm. Əslində mən gəzməməliyəm, uzanıb dincəlməliyəm".

Aynur

AzNews.az