Günel: Qızımın atası başqasını sevsə, heç nə demərəm - VİDEO

Sənətçi şəxsi həyatı ilə bağlı açıqlama verib

"Hər bir insan dünyaya bir dəfə gəlir. Heç kəs məcbur deyil ki, həyatda bir insanla ömrünün axırına qədər yaşasın. Əgər uyğunluq yoxdursa, qarşı tərəfdən şiddət görürsənsə, məcbur oturmalı deyilsən. Mən elə insanları başa düşmürəm. Sənə onunla xoş deyilsə, məcbur deyilsən və ya əksinə. Kişi artıq istəmir də xanımını, bu da ola bilər".

AzNews.az-ın məlumatına görə, bu sözləri müğənni Günel Ələkbərova "Boş anlar" porqramında deyib.

Sənətçi şəxsi həyatı ilə bağlı açıqlama verib:

"Sabah tutaq ki, mənim qızımın atası artıq məni istəməsə, başqasını sevsə, mən onu zorla saxlaya bilmərəm. Çünki o nəsə etmək istəsə, qıraqda da edəcək. Bu başdan mənə də desin, deyim problem yoxdur. Gedəni saxlamaq mümkün deyil".

Aynur

AzNews.az