Artistin xərçəng xəstəliyindən vəfat etdiyi bildirilir Artistin xərçəng xəstəliyindən vəfat etdiyi bildirilir

Məşhur müğənni öz ad günündə öldü - VİDEO

Artistin xərçəng xəstəliyindən vəfat etdiyi bildirilir

Tanımış fransız müğənni Erve Forneri (daha çox Dik Rivers səhnə adı ilə tanınır - red.) öz ad günündə - aprelin 24-də dünyasını dəyişib.

Bu barədə müğənninin meneceri "Twitter"də məlumat paylaşıb.

Artistin xərçəng xəstəliyindən vəfat etdiyi bildirilir. Onun 74 yaşı tamam olmuşdu.

Müğənni dünyada fransız "rock-roll" üslubunun inkişafına böyük töhfələr verib. Forneri Elvis Preslinin yaradıcılığından ilhamlanıb, özünə seçdiyi Dik Rivers səhnə adı isə Preslinin baş rola çəkildiyi "Səni sevmək" (1957) adlı romantik dramın baş qəhrəmanının adıdır.

Xidməti siyahısında 30-dan çox albom, onlarla sinql yer alır. Sonuncu albomu 2014-cü ildə işıq üzü görmüşdü.(oxu.az)

AzNews.az