"Eurovision 2019" mahnı müsabiqəsinin qalibi o müğənni seçildi - Azərbaycan ilk onluqda

Belarus tərəfindən təmsilçimizə xal verilməyib

Tel-Əvivdə baş tutan 64-cü "Eurovision 2019" mahnı müsabiqəsinin finalı sona çatıb​.

AzNews.az xəbər verir ki, İsraildə Expo Mərkəzdə keçirilən müsabiqədə Hollandiya təmsilçisi Duncan Laurence "Arcade" mahnısı ilə qalib olub.

İtaliya təmsilçisi Mahmud ikinci yerə, Rusiya təmsilçisi Sergey Lazarev üçüncü yerə layiq görülüb.

Ölkəmizi təmsil edən Çingiz Mustafayev isə 7-ci sırada qərarlaşaraq ilk onluqda yer alıb.

Müsabiqədə ölkəmizə Rusiya 12 xal, Gürcüstan 10, Sloveniya 10, Litva 10, Malta 8, Portuqaliya 8, Kipr 8, Böyük Britaniya 7, İspaniya 7, İsrail 7, İrlandiya 7, Norveç 5, Estoniya 5, San-Marino 4, Şimali Makodoniya 4 xal təqdim ediblər.

Belarus tərəfindən təmsilçimizə xal verilməyib. Ölkəmizi müsabiqədə səsverməni xalq artisti Faiq Ağayev elan edib.

O, münsif heyəti tərəfindən təqdim edilən 12 xalı Rusiya təmsilçisi Sergey Lazarevə verib. Yarışmanın aparıcıları Bar Refaeli, Erez Tal, Assi Azar və Lusi Ayouba olub.

Qeyd edək ki, Çingiz Mustafayev ölkəmizi "Truth" mahnısı ilə təmsil edib.

Rəqsanə

AzNews.az